Haqqımızda

      Agroinvestor MMC 2014-cü ildən fəaliyyət göstərir.  şirkətimiz suda həll olunan gübrələr və bitki dərmanları (pestisidlər) satışı ilə məşğul olur, Avropanın, Türkiyənin, Şri Lankanın və Amerikanın aqrar sektorda öndə Gedən şirkətləri ilə əməkdaşlıq edir və onların məhsullarını Azərbaycan fermerlərinə təqdim edir. Biz aşağıdakı şirkətlərin Azərbaycanda rəsmi distibütoruyuq:

 

 Pestisidlər:

  • Safa Tarim (Türkiyə)
  • Ege Gelişim (Türkiyə)
  • Agriphar S.A (Belçika)
  • Palatina Handles Gmbh (Almaniya)

Suda həll olunan gübrələr

  • Van ?peren (Hollandiya)
  • Olimpium (Türkiyə)

Cocopeat (torpaq əvəzləyici)

  • Riococo (ABŞ)
  • Pelemex (İsrail)
  • Noramix (Şri Lanka)

     Üzüm və meyvə başlarında  məftilləri bir-birinə calamaq üçün detallar və məftil çəkin aqreqatlar

  • Gripple (Böyük Britaniya)

 

Komandamız – alimlər, elmi-tədqiqat institutlarının əməkdaşları və uzun illər kənd təsərrüfatında çalışmış mütəxəssislərdən təşkil olunmuşdur.

Şirkətimizin əsas fəaliyyəti:

  •          Azərbaycan fermerlərinə xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə tədbirlərinin seçilməsinə kömək etmək;
  •          Bitkilərin böyüm? və inkişafını təmin edən, bol və yüksək keyfiyyətli məhsuldarlığa zəmanət verən texnologiyaların tətbiqinə nail olmaq;
  •         İstixanalarda pomidor, xiyar, çiyələk və digər bitkilərin ən münbit inkişafını təmin edən və torpağı əvəz edən cocopeat (kokos qabığından hazırlanmış) məhsulları ilə təmin etmək və bu texnologiyalara ən uyğun gübrələmə sisteminin seçilmısində yardımçı olmaqdan ibarətdir.

Məqsədimiz – Azərbaycanda kənd təsərrüfatə ilə Məşğul olan fermerləri ayrı – ayrı bitkilər üzrə bol və keyfiyyətli məhsula zəmanət verən texnologiyalarla təmin etmək, onları maarifləndirmək və elmi-praktiki dəstək verməkdən ibarətdir.

SON YENİLİKLƏR

Ingiltərənin Şeffeld şəhərində yerləşən “Gripple” şirkətinin 30 illik yubiley tədbirində “Agro İnvestor” əməkdaşlarının iştira

Gripple şirkətinin əsas məhsulları meyvə və üzüm bağlarının qurulmasında istifadə olunan avadanlılardan ibarətdir. Dünyanın bütün qitələrində

Elmi-praktiki seminarlar.

Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində və Şəmkir rayonunda “Meyvə bağlarının gübrələnməsi” və “İstixanalarda torpaqda becərilən pomidor və xiyar” mövzusunda elmi-praktiki seminarlar.

Əkinçilik sərgisi

12-16 oktyabr tarixlərində Fito Trade MMC-nin əməkdaşları Türkiyənin Bursa şəhərində "Əkinçilik Sərgisi"ndə iştirak etmişlər

© 2019 Fitotrade