Texniki dəstək

Dərmanların istifadə təlimatı

Kənd təsərrüfatında xəstəlik və zərərvericilərə qarşı istifadə edilən dərman və gübrələr tövsiyyə edildiyi şəkildə istifadə edildikdə və saxlanıldıqda, insan sağlığına və ətraf mühitə heç bir əngəl yaratmamaqla bərabər düzgün qaydada istifadə edilmədikdə təhlükələrə yol aça bilər.

İstifadədən öncə etiketi oxuyun!

Tövsiyyə edilən malların başqa məqsədlə istifadəsi qəti qadağandır.

Dərman və gübrələrin saxlanma qaydası haqqında vacib məsələlər:

Kənd təsərrüfatı dərman və gübrələri orjinal qablaşdırmasında mütləq qıfıl altında, qida maddlərindən uzaq, sərin, quru və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Boş dərman qutuları isə qaydasına uyğun olaraq, atılmalıdır. Yanı, boş dərman qutuları təsadüfi yandırılmamalı, şüşə və plastik tullantılar yerinə atılmamalıdır.

Dərmanların hazırlanma qaydası

Kənd təsərrüfatı dərman və gübrələri qida maddələrinin olduğu, mətbəx və mətbəxdə istifadə edilən vəasitlər olan yerdə hazırlanamamlıdır. Bunlar etiketində göstərildiyi təlimatlara uyğun hazırlanmalı və istifadə edilməlidir. Dərmanlar yaxşı qarışdırılmaı və hazırlanarkən mütəq qaydada qoruyucu maska geyilməlidir. Bəzi dərmanlar hazırlanan və istifadə edilərkən xüsusi geyim, ayaggabı və əlcək geyilməlidir.

Dərmanların istifadə hallarında önləyici tədbirlər

Dərmanlama əsnasında heç bir halda nəsə yeyilməməli və içilməməlidir. Qoruyucu paltarlar tez-tez dəyişilməlidir. Dərmanlardan istifadə edərkən siqaret çəkilməməlidir. Alkaqollu içkilərdən istifadə etmək xüsusi ilə çox təhlükəlidir. Dərmanlamadan əvvəl və sonra əllər sabun və bol su ilə yuyulmalıdır. Dərman və gübrələr dəriyə və gözlə təmas etməməlidir. Hər-hansı bir şəkildə təmas olarsa, tez bir şəkildə sabun və su ilə yuyulmalıdır. Dərmanlama alətlərinin başlıqları üfürərərək açılmamalıdır. Dərmanlama və gübrələmə əsasında buxar və tozun ətrafa yayılmamamsına çalışmaq lazımdır. Küləyə qarşı atılmamalıdır. Arılara qarşı zəhərli olan dərmanlarla işləyərkən xüsusi diqqətli olmaq lazımdır. Dərmanlar axar su, dərə və göllərə bulaşdırılmamlıdır. Kənd təsərrüfatı dərman və gübrələrin istifadəsi zamanı, ürək bulanması, baş fırlanmasl və digər narahatlıqlar ortaya çıxarsa, mütləq iş dayanmalı, paltarlar dəyişdirilməli və həkim çağırılmalı və ya ən yaxın xəstəxanaya gedilməlidir. Əlavə olaraq, istifadə edilən dərmanın etiketi də həkimə göstərilməlidir.

Zəhərlənmə anında ilk yardım tədbirləri

Zəhərlənmənin göstəriciləri: baş ağrısı, həddən artıq yorğunluq, qusma, yüksək temperatura, tərləmə, tənəffüs çətinliyi, rəngin tündləşməsi, ürək ritmlərinin dəyişməsi, üz və göz qapaqlarında titrəmə, danışma gücü, görmə pozğunluğu, reflekslərin pozulması, göz qızartıları, göz bəbəklərinin kiçilməsi, ürək getməsi və koma kimi özünü göstərə bilər. Dərmanln çeşidinə görə bunların bir və ya  bir neçəsi birlikdə özünü göstərə bilər.

Belə bir hal olarsa:

Xəstəni dərhal həmin ərazidən uzaqlaşdırmaq lazımdır.

Dərmanlı paltarlar çıxarılmalı və dəriyə bulaşıbsa bol su və sabunla yuyulmalıdır.

Ağız yolu ilə zəhərlənmə olubsa, xəstənin ilıq su, duzlu su, sabunlu su ilə qusdurulması lazımdır. Əgər bunlar mümkün deyilsə, boğazına barmaq soxularaq, kusdurulmalıdır.

Nəfəs alma zəifləmişdirsə, süni tənəffüs verilməlidir.

Xəstə çırpınma halındadırsa, dilini dişləməməsi üçün cənələrin arasına təmiz bir bezlə sərt cisim yerləşdirilməlidir. Xəstənin başı yana fırladılmalıdır. İsti saxlanmalıdır.

Xəstə ən qısa müddətdə xəstəxanaya aparılmalı, dərmanln qutusu və ya etiketi də onunla birlikdə həkimə göstərilməlidir.

SON YENİLİKLƏR

Ingiltərənin Şeffeld şəhərində yerləşən “Gripple” şirkətinin 30 illik yubiley tədbirində “Agro İnvestor” əməkdaşlarının iştira

Gripple şirkətinin əsas məhsulları meyvə və üzüm bağlarının qurulmasında istifadə olunan avadanlılardan ibarətdir. Dünyanın bütün qitələrində

Elmi-praktiki seminarlar.

Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində və Şəmkir rayonunda “Meyvə bağlarının gübrələnməsi” və “İstixanalarda torpaqda becərilən pomidor və xiyar” mövzusunda elmi-praktiki seminarlar.

Əkinçilik sərgisi

12-16 oktyabr tarixlərində Fito Trade MMC-nin əməkdaşları Türkiyənin Bursa şəhərində "Əkinçilik Sərgisi"ndə iştirak etmişlər

© 2019 Fitotrade